Aİ Vaşinqtona müzakirəçilər göndərir | Icma.az
Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Antonio Kosta əmin edib ki, Aİ ABŞ və digər tərəfdaşları ilə Rusiyaya təzyiqləri artırmaq üçün əlavə sanksiyalarla çalışır Rusiyanı Ukraynada müharibəni dayandırmağa məcbur etmək üçün daha çox sanksiyalara ehtiyac var.
Avropa komandası bunun üzərində amerikalılarla işləmək üçün ABŞ paytaxtına yollanır.
Bu barədə cümə günü, sentyabrın 5-də Avropa Şurasının prezidenti Antonio Kosta Ujqorodda Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
"Biz ABŞ və digər tərəfdaşlarla çalışırıq ki, növbəti sanksiyalar, birbaşa sanksiyalar və ikinci dərəcəli sanksiyalarla təzyiqimizi artıraq.
Rusiyanı bu müharibəni dayandırmağa, insanları öldürməyə, Ukraynada bu müharibəni dayandırmağa məcbur etmək üçün daha çox iqtisadi tədbirlər görülməlidir.
Brüsseldə yeni sanksiyalar paketi üzərində iş başlayır və bizim Avropa komandamız amerikalı dostlarımızla işləmək üçün Vaşinqtona yollanır", - Kosta bildirib.
O qeyd edib ki, Avropa Ukrayna ilə ümumi gələcək üzərində işləyir, Ukraynanın yenidən qurulmasını və onun Aİ-yə üzvlük yolunu dəstəkləyir.
Tam oxu
Xəbəri oxu