Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa İttifaqı rəsmiləri G7 sammitində ABŞ Prezidenti Donald Tramp ilə görüşdən sonra daha nikbin olublar.
Redaktor.az bu haqda "Politico"ya istinadla xəbər verir.
Məlumata əsasən, Avropa diplomatları və rəsmiləri ABŞ ilə münasibətlərin əvvəl düşündüklərindən daha yaxşı ola biləcəyini hesab edirlər. Onlar həmçinin gələn ay keçiriləcək NATO sammitinin planlaşdırıldığı kimi keçəcəyinə daha çox ümid bəsləyirlər.
Almaniya kansleri Fridrix Merz bildirib ki, həm rəsmi, həm də qeyri-rəsmi görüşlər zamanı aparılan müzakirələr onda müəyyən nikbinlik yaradıb.
Bununla belə, Avropa diplomatları həddindən artıq optimist olmağa tələsməməyi tövsiyə ediblər. Onlar xatırladıblar ki, Tramp əvvəllər bəzi məsələlərdə mövqeyini dəyişib. Buna baxmayaraq, diplomatların əksəriyyəti Merzin müsbət qiymətləndirməsi ilə razılaşıb.
Aytəkin TOFİQQIZI