Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
"Könüllülər Koalisiyası" ölkələri atəşkəs vəziyyətində Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək və ərazisinə quru qoşunları yerləşdirmək planlarını tamamlayıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Keir Starmer bildirib.
O qeyd edib ki, məsələ liderlər səviyyəsində müzakirə olunub, bundan sonra müdafiə nazirliklərinə Ukraynanın havada, dənizdə və quruda müdafiəsini müzakirə etmək tapşırılıb: "Beləliklə, indi bu ərazilərin hər biri üçün hərbi planlarımız var. Lazım gələrsə, buraya quruda yerləşdirmə də daxildir".
Bununla belə, o əlavə edib ki, ədalətli və davamlı sülhə nail olmaq hazırda prioritet olaraq qalır.