Aİ və Ermənistan arasında müdafiə əməkdaşlığı: Saziş təsdiqləndi

09.01.2025

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Hökumət bu gün keçirilən iclasında Ermənistanla Avropa İttifaqı (Aİ) arasında “Ermənistan və Avropa İttifaqının böhranların idarə olunması əməliyyatlarında iştirakı haqqında” sazişi təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, müqavilə fövqəladə və digər böhran vəziyyətlərinin idarə edilməsi sahəsində Aİ-nin təcrübə və biliklərindən istifadə etmək imkanı verir.

Həmçinin qeyd edilir ki, saziş təhlükəsizlik və müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişafına imkan yaradacaq. Bu çərçivədə saziş Ermənistandan kadrların təlim keçmək üçün Aİ ölkələrinə göndərilməsini, fövqəladə hallar və digər böhranların idarə edilməsi sahəsində təlimlərin artırılmasını ehtiva edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью