Aİ və İndoneziya onillik danışıqlardan sonra sərbəst ticarət sazişi imzalayıb

21.11.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 21 noyabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) və İndoneziya şənbə günü on il davam edən danışıqlardan sonra Aİ mallarına tətbiq olunan rüsumların 98,5 faizini aradan qaldıracaq ticarət və investisiya sazişlərini imzalayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Avropa Komissiyasının press-relizində bildirilir ki, sazişlər hər iki tərəfin biznesi üçün yeni imkanlar yaradacaq və əhəmiyyətli iqtisadi dividendlər gətirəcək. Proqnozlara əsasən, Cənub-Şərqi Asiya ölkəsinə ixrac 15 il ərzində təxminən 40 faiz artacaq, Aİ ixracatçıları isə gömrük rüsumlarından ildə 600 milyon avrodan çox vəsaitə qənaət edəcəklər. Sazişin xüsusilə maşınqayırma və avtomobil sənayesi sektorları üçün faydalı olacağı gözlənilir.

Komissiyanın məlumatına görə, sənəd, həmçinin elektromobillər, elektronika və əczaçılıq kimi sahələrdə İndoneziyaya yeni investisiya imkanları açacaq. Sazişlərin qüvvəyə minməsi üçün Avropa Parlamenti onları təsdiqləməli, İndoneziya isə öz daxili ratifikasiya prosedurlarını tamamlamalıdır. Təsdiqləndiyi təqdirdə, sazişlər gələn ilin əvvəlindən tətbiq oluna bilər.

Qeyd edək ki, 2025-ci ildə Aİ ilə İndoneziya arasında ticarət dövriyyəsi 28,9 milyard avro təşkil edib, bunun 10,2 milyard avrosu Aİ-nin ixracının, 18,7 milyard avrosu isə idxalının payına düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью