Aİ və İran diplomatları Trampın Ağ Evə qayıtmasından əvvəl görüş keçirdi | Icma.az
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır. Noyabr 29-da Avropa İttifaqı və İran diplomatları Yaxın Şərqdəki gərginliyin azaldılm
Görüşlərin keçirilməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən Ağ Evə qayıtma ehtimalından öncə baş tutub.
HİT.az xəbər verir ki, bu barədə "Reuters" yazıb. Məlumatda qeyd olunur ki, görüşlər on ildən çox müddət əvvəl dünya gücləri ilə İran arasın
2015-ci ildə əldə olunan nüvə razılaşmasından sonra bu, ABŞ-da keçirilən seçkilərdən sonra baş tutan ilk görüşdür.
Danışıqların məqsədi, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminin keçiriləcəyi 20 yanvar tarixinə qədər tərəqqi əldə olunub-olunmayacağını müəyyənləşdirməkdir.
"Avropa İttifaqına daxil olan üç ölkə (Fransa, Almaniya və İtaliya) 21 noyabr tarixində İran əleyhinə qətnamə irəli sürdükdən sonra tərəflər arasındakı etimadsızlıq artıb.
Həmin qətnamədə BMT-nin Atom Təhlükəsizliyi Orqanına İranın nüvə fəaliyyətləri ilə bağlı 2025-ci ilin yazına qədər "əhatəli" hesabat hazırlamaq tapşırılıb", deyə məqalədə bildirilir.
Müəlliflərin fikrincə, Cenevrə görüşləri daha çox, Trampın onlara necə reaksiya verəcəyi ilə bağlı qarşılıqlı narahatlıqlara yönəlmiş bir beyin fırtınasına bənzəyir.
Tam oxu
Xəbəri oxu