Aİ və Ukrayna arasında dron sahəsində əməkdaşlıq razılaşması imzalanıb

15.07.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqı və Ukrayna arasında dron texnologiyası sahəsində razılaşma imzalanıb.

“Reuters“in xəbərinə görə, bu barədə Avropa Komissiyası Prezidenti Ursula Fon der Lyayen Kiyevə səfəri zamanı bildirib.

Razılaşmada tərəflər arasında müştərək layihələrin həyata keçirilməsi və istehsalın artırılması nəzərdə tutulur.

“Ukraynanın dron və anti-dron sistemlərini idarə etmək sahəsində təcrübəsi unikaldır. Biz bundan birlikdə istifadə etməliyik. Çünki üzv dövlətlərin çoxunda dron insidentləri baş verir”, - Ursula Fon der Lyayen vurğulayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью