Aİ XİN rəhbərləri bu gün Ukraynadakı vəziyyəti müzakirə edəcək

20.10.2025

Icma.az bildirir, Missiya.az portalına istinadən.

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri bu gün Lüksemburqda Ukrayna və Yaxın Şərqdəki vəziyyət, Hind-Sakit Okean regionu ilə münasibətlər kimi gündəm məsələlərini müzakirə etmək üçün bir araya gələcəklər.

Missiya.Az xəbər verir ki, bu barədə Aİ-nin saytında dərc olunmuş iclasın gündəliyində deyilir.

Bildirilib ki, iclasda Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas iştirak edəcək.

Məlumata görə, toplantıda Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin razılaşdırılmasına çalışılacaq.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью