Aİ yə üzvlük Gürcüstan üçün prioritetdir

11.04.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstan üçün əsas prioritet məsələ Avropa İttifaqına (Aİ) üzvlükdür.

Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalyadakı Diplomatik Forumu çərçivəsində panel müzakirəsi zamanı bildirib.

"Bu istiqamətdə müəyyən çağırışlarımız var. Lakin ümid edirik ki, ölkəmizdə və regionda sülhün bərpası ilə Gürcüstanın inteqrasiyası daha intensiv şəkildə həyata keçiriləcək. Müxtəlif ölkələr arasında düzgün münasibətlər, inkişaf üçün əsas məsələ sülhdür. Buna görə də regionumuzda sülhün möhkəmləndirilməsinə diqqət yetirilməlidir. Biz bunu Türkiyə ilə birlikdə həyata keçirdiyimizə çox şadıq", - o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью