Aİ yeni hərbi peyk sistemi qurmağa başladı

01.12.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Avropa İttifaqı (Aİ) yeni Avropa hərbi peyk sisteminin yaradılması ilə bağlı planların icrasına start verib.

Redaktor.az xəbər verir ki, bu haqda Aİ-nin müdafiə üzrə komissarı Andryus Kubilyus məlumat verib.

Müdafiə komissarının sözlərinə görə, Brüssel ilk mərhələdə hərbi məqsədlər üçün istifadə oluna biləcək özəl peyk xidmətlərinin siyahısını hazırlayır.

“Biz həmçinin kommersiya məlumatlarının istifadəsi imkanlarını nəzərdən keçirəcəyik və milli resursları necə inteqrasiya edə biləcəyimizə baxacağıq. Paralel olaraq tamamilə yeni bir Aİ peyk sistemi qurulacaq”, - deyə o bildirib.

Kubilyus qeyd edib ki, ilk mərhələdə özəl və dövlət peyk sistemlərinin qarşılıqlı inteqrasiyası nəzərdə tutulur. EurActiv-in məlumatına görə, yaradılması planlaşdırılan Avropa peyk sistemi Yer kürəsinin istənilən nöqtəsinin görüntüsünü yüksək dəqiqliklə və təxminən 30 dəqiqəlik intervalla ötürmək imkanı verəcək.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью