Aİ yeni nəsil süni intellekt sistemi hazırlayır

24.07.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa İttifaqı yol hərəkəti təhlükəsizliyini artırmaq və sürət həddinin pozulmasının qarşısını almaq üçün süni intellekt dəstəkli yeni sistem hazırlayır.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, hazırlanan qanun layihəsinə əsasən, sürət həddini aşan avtomobillər peyk dəstəkli izləmə sistemi vasitəsilə müəyyən ediləcək və onların sürəti avtomatik olaraq azaldılacaq.

Hazırda Avropada satışa çıxarılan yeni avtomobillərdə məcburi olan Ağıllı Sürət Yardımı (ISA) sistemi yalnız sürücünü sürət həddi barədə məlumatlandırır və xəbərdarlıq edir.

Yeni layihə isə sistemin avtomobilin sürətinə birbaşa müdaxilə etməsini nəzərdə tutur. Bu yenilik sürət səbəbindən baş verən yol-nəqliyyat hadisələrinin sayını azaltmağa kömək edəcək.

Bununla belə, bəzi mütəxəssislər yeni sistemin risklər yarada biləcəyini bildirirlər. Onların fikrincə, xüsusilə magistral yollarda avtomobilin sürətinin avtomatik azaldılması bəzi hallarda qəza riskini artıra bilər.

Qanun layihəsinin nə vaxt qəbul ediləcəyi və yeni sistemin nə zaman tətbiq olunacağı isə hələlik açıqlanmayıb.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью