“Aİ92” yanacağı niyə tapılmır? Yaranmaz vəziyyətlə bağlı SOCARdan AÇIQLAMA | Icma.az
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son vaxtlar Bakı və regionlarda “Aİ-92” markalı benzinin qıtlığı ilə bağlı sosial şəbəkələrində çox sayda məlumatlar paylaşılır.
Avtosfer.az xəbər verir ki, bununla bağlı “APA” ölkədə yeganə avtomobil benzini istehsalçısı olan “SOCAR”a sorğu ilə müraciət edib.
Sorğuya cavar olaraq SOCAR-dan bildirilib ki, Bakı şəhərində fəaliyyət göstərən Neft Bazası Sahələrindən (NBS) sahibkarlar tərəfindən yanacaq götürülməsi və daşınması üçün müvafiq şərait yaradılıb.
“Bununla yanaşı, Bakıda yerləşən NBS-lərdən regionlara yanacaq daşınması prosesinin daha da təkmilləşdirilməsi məqsədilə SOCAR tərəfindən özəl şirkətlərlə müvafiq danışıqlar aparılır”, - məlumatda qeyd olunur.
Bildirilir ki, “SOCAR PETROLEUM” QSC-nin regionlarda fəaliyyət göstərən yanacaqdoldurma stansiyalarına yanacaq QSC-nin Bakı şəhərində fəaliyyət göstərən 1 və 22 saylı NBS-lərindən şirkətin nəqliyyat vasitələri ilə təchiz edilir.
“SOCAR PETROLEUM” QSC Azərbaycan ərazisində, “SOCAR” brendi altında, neft və qaz məhsullarının alqı-satqısının təşkil edilməsi və təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib.
Hazırda ölkəmizdə sayı günbəgün artan YDS-lərin 65-i “SOCAR PETROLEUM”un payına düşür.
Tam oxu
Xəbəri oxu