Aİ95 markalı benzinin qiyməti AÇIQLANDI | Icma.az
News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycan neft ölkəsi olsa da, təəssüf ki, keyfiyyətli neft məhsulları istehsal edən ölkəyə, hələ ki, çevrilməyib.
2024-cü ilin 10 ayında Azərbaycan xaricdən 124 milyon dollarlıq Aİ92, 61,74 milyon dollarlıq Aİ95 markalı benzin alıb”.
News24.az Pravda.az-a istinadla xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
“Aİ-92 markalı benzinin qiymətini dövlət, yəni gecə-gündüz işləyən Tarif Şurası müəyyən edir, Aİ-95 markalı benzinin qiymətini isə guya bazar tənzimləməlidir, amma faktiki ölkəyə Aİ-95 gətirən və satan bir tək SOCAR-a bağlı qurumlardır.
Məni maraqlandıran Aİ-95 markalı benzinin ölkəyə gətirilmə qiymətləri idi.
Hesabladım, məlum oldu ki, Aİ-95 markalı benzin 2024-cü ilin ilk 10 ayında ölkəyə, ortalama, litri 1 manat 23 qəpiyə daxil olur.
İlin yarısını bizə 2 manata satırdılar, indi isə 1 manat 60 qəpiyə satırlar.
Tam oxu
Xəbəri oxu