Aİ95 markalı benzinin qiyməti ilə bağlı MÜHÜM AÇIQLAMA

19.11.2024

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Aİ-95 markalı benzinin bir neçə aydır ki, Azərbaycanda istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır.

moderator.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində Rauf Qurbanov deyib.

O bildirib ki, amma hələ Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar sırasına daxil edilməyib:

“Yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacaqlar. Aİ-98 isə bizdə istehsal edilmir. Ona görə onun qiyməti tənzimlənmir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью