Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Milli Məclisdə benzinin qiyməti müzakirə olunub.
Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib ki, Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzinin istehsalına başlanıb və tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır.
O qeyd edib ki, Aİ-95 markalı benzin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar siyahısına daxil edilə bilər: "Yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacaqlar.
Aİ-98 markalı benzin isə bizdə istehsal edilmir. Ona görə onun qiyməti tənzimlənmir".Məsələyə iqtisadçı ekspert Akif Nəsirli Demokrat.az-a a
O söyləyib ki, məhsulların qiymətinin tənzimlənməsində məqsəd qiymətlərin bazar qiymətinə uyğuşdırılmasıdır:“Bu gün Azərbaycanda Ai-95 marka
Yəqin hökumət benzinin qiymətinin hər hansı bir səbəbdən qalxa biləcəyindən narahatdır.
Buna görə də benzinin qiymətinin tənzimlənən məhsullar sırasına daxil edilməsi zərurəti yaranıb.
Düşünmürəm ki, Nazirlər Kabineti Ai-95 markalı benzinin qiymətinin qaldırılması ilə bağlı Tarif Şurasına göstəriş versin.