Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli.Az xəbər verir ki, COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir.
Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Ambruaz Fayoldır.
COP29 çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə Ambruaz Fayol bankın tədbirdəki fəal iştirakını vurğuladı.
"Avropa İnvestisiya Bankı (AİB) Avropa İttifaqının maliyyə alətidir.
Artıq ardıcıl üçüncü ildir ki, investisiyalarımızın 50%-dən çoxu iqlim dəyişikliyi ilə mübarizəyə və ekoloji dayanıqlığın təmin olunmasına yönəldilir.
2023-cü ildə bu rəqəm təxminən 50 milyard avro təşkil edib. Həmişə olduğu kimi, AİB Tərəflər Konfransının sədrliyi ilə sıx əməkdaşlıq edərək