Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Ölkəmiz qlobal iqlim dəyişikliklərinin mənfi təzahürləri ilə mübarizənin ön sıralarında yer alır.
Bu baxımdan karbon emissiyalarının azaldılması ilə bağlı həyata keçirilən tədbirlər diqqət çəkir.
Təsadüfi deyil ki, artıq beynəlxalq təşkilatlar da Azərbaycanın bu sahədə gördüyü işləri təqdir edir.
Bunun nəticəsidir ki, ölkəmizdə ekoloji tarazlığın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına xidmət edən layihələrin maliyyələşdiriləmsinə beynəlxalq dəstək getdikcə artır.
Asiya İnkişaf Bankı (AİB) bir sıra region ölkələrində ağır sənaye və dəniz nəqliyyatı sahələrində karbon emissiyalarının azaldılması məqsədilə regional texniki yardım layihəsinin həyata keçiməsinə başladığını bəyan edib.
Təşəbbüs bankın üzvü olan ölkələrin ən çox karbon tutumlu iqtisadi sahələrdə emissiyaların azaldılması və Paris sazişinin məqsədlərinə uyğun olaraq “ilk” iqlim layihələri portfelinin formalaşdırılması səylərinə dəstək göstərilməsini hədəfləyir.
Layihənin ümumi büdcəsi 2,25 milyon ABŞ dolları təşkil edir.