AİB sədri: Yerli kolbasalar tərkib baxımından xarici məhsullardan daha üstündür | Icma.az
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu ilin I yarısında Azərbaycanda 14 min 820,3 ton kolbasa məmulatları istehsal edilib.“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % azdır.İyulun 1-nə ölkədə 38,5 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 29 % azdır.Hesabat dövründə Azərbaycanda 2 milyard 628,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 12 % çoxdur.Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, yerli kolbasa istehsalında təxminən 30%-lik azalma müşahidə olunur:“Bu da son altı ayda əsasən Rusiyadan idxal olunan kolbasa məmulatları ilə izah olunur.
Əgər əvvəllər Rusiyadan gətirilən məhsulların keyfiyyəti yüksək qiymətləndirilirdisə, hazırda bu qiymətləndirmə aktual deyil.
Rusiyadan idxal edilən kolbasa və sosiskalar yerli məhsullardan xeyli ucuz qiymətlə bazara daxil olur.
Bu fərqin əsas səbəblərindən biri, Azərbaycanda yerli istehsalın ciddi nəzarət mexanizmlərinə tabe olmasıdır.
Bəzi yerli istehsalçılar bu nəzarəti müsbət qiymətləndirir və qeyd edirlər ki, həyata keçirilən laborator analizlər məhsul keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Cəmiyyətdə xarici məhsulların daha keyfiyyətli olması ilə bağlı yanlış təsəvvür mövcuddur.
Lakin yerli məhsulların markalanması və vizual göstəriciləri xarici məhsullardan geri qalmamaqla yanaşı, tərkib baxımından daha üstündür.
Tam oxu
Xəbəri oxu