Aİdə şirkətlərin iflas faizi artıb

15.11.2024

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Avropa İttifaqı ölkələrində ilin üçüncü rübündə şirkətlərin iflas ərizələri əvvəlki rüblə müqayisədə 2,7 faiz artıb.

Bakıvaxtı.az İttifaqın yaydığı məlumata istinadla xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) 2024-cü ilin üçüncü rübü üçün şirkətin iflas məlumatlarını dərc edib.

Məlumatlara görə, üçüncü rübdə Aİ şirkətlərinin müflisləşməsi ilin ikinci rübü ilə müqayisədə 2,7 faiz artıb. 

Beləliklə, Aİ-də şirkətlərin iflası 2018-ci ildən bəri ölçülən ən yüksək səviyyəyə çatıb.

Üçüncü rübdə əvvəlki rüblə müqayisədə fəaliyyət sahələri üzrə iflaslarda ən çox artım 28,8 faiz ilə nəqliyyatda, 15,3 faiz ilə informasiya və kommunikasiya texnologiyalarında, 9,8 faiz ilə yaşayış və qida xidmətlərində olub. 

Sözügedən dövrdə yeni biznes qeydiyyatları əvvəlki rüblə müqayisədə 2,2 faiz artıb.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью