Aİdə uran hasilatı ilə məşğul olan “Terrafame” şirkətinin icazəsi ləğv edilib

19.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Finlandiyanın Vaasa şəhərinin İnzibati Məhkəməsi “Terrafame” dağ-mədən və kimya şirkətinin ekoloji icazəsinin (lisenziya) bir hissəsini ləğv edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin yaydığı məlumatda deyilir.

"Hasilat həcminin artması səbəbindən “Terrafame” şirkətinin ekoloji icazəsi geri çağırılıb", - məlumatda qeyd olunub.

Şirkət fəaliyyətini davam etdirmək üçün 2027-ci il iyunun 30-dək olan müddəti əhatə edən yeni ekoloji icazə üçün müraciət etməlidir.

“Terrafame” Avropa İttifaqında uran, nikel və digər metalların hasilatı ilə məşğul olan yeganə şirkətdir.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью