Aİdən Bakı və İrəvana: Dəstək verməyə hazırıq!

12.01.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə dəstəyini gücləndirməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono X sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, Aİ hər iki ölkənin rəsmiləri ilə sülhə nail olmağın, vəziyyətin normallaşdırılmasının və regional əməkdaşlığın inkişafının ən səmərəli yolları ilə bağlı dərin fikir mübadiləsini yüksək qiymətləndirir.

"Aİ bu prosesdə geniş dəstək verməyə hazırdır. Bundan əlavə, biz regional əməkdaşlığı gücləndirmək üçün təşəbbüsləri irəli sürməyə çalışırıq”, - Qrono vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью