Aİdən Rusiyaya qarşı yeni SANKSİYALAR

22.12.2024

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) 2025-ci ilin fevralında Ukrayna ilə müharibənin üçüncü ildönümünə qədər Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etməyi planlaşdırır.

Modern.az-ın məlumatına görə, bu barədə "Welt am Sonntag" Aİ-dəki mənbələrə istinadən bildirib.

Qeyd edilir ki, artıq hazırlıq işlərinə başlanılıb.

Növbəti sanksiyalar paketi rəsmi Moskvaya açıq siqnal kimi nəzərdə tutulub: "Məhdudiyyətlər Rusiya iqtisadiyyatının hələ də sanksiyalarla əhatə olunmayan və ya kifayət qədər əhatə olunmayan konkret sahələrinə qarşı tədbirləri ehtiva edəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью