AİHM dən qərar: “Türkiyə Kavalanı dərhal azad etməlidir”

26.08.2026

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hakimlər Türkiyə məhkəməsinin dövlət çevrilişinə cəhd ittihamı ilə bağlı hökmünü etibarsız elan ediblər

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Türkiyə hakimiyyətindən ömürlük həbs cəzası çəkən türkiyəli insan hüquqları fəalı Osman Kavalanı dərhal azad etməyi tələb edib. AYNA.AZ xəbər verir ki, qərarda hakimlər Türkiyə məhkəməsinin dövlət çevrilişinə cəhd ittihamı ilə bağlı hökmünü etibarsız elan ediblər.

Strasburqda yerləşən məhkəmə Türkiyənin Kavalanın işində Avropa İnsan Hüquqları Konvensiyasının çoxsaylı müddəalarını, xüsusən də ifadə azadlığı və ədalətli məhkəmə hüququnu pozduğuna qərar verib.

AİHM həmçinin Türkiyənin Kavalaya 110.000 avro təzminat ödəməsini istəyib. Sədrlik edən hakim izah edib ki, Kavalanın Türkiyədə cinayət təqibi əsasən onu 2013-cü il Gezi Parkı etirazlarında iştirakına görə cəzalandırmaq və "onu insan hüquqları müdafiəçisi kimi susdurmaq" məqsədi daşıyır.

Strasburq məhkəməsi Kavalanın həbsinin konkret dəlillərlə dəstəklənmədiyini müəyyən edən 2019-cu il qərarına istinad edib. Türkiyədə keçirilən məhkəmə prosesində "ciddi qüsurlar" olduğunu qeyd edən hakimlər əlavə ediblər ki, 2019-cu il Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına baxmayaraq, “Kavalanın azadlığa buraxılmasının rədd edilməsi məhkəmə sisteminə ictimai inamı sarsıdır”.

Qeyd edək ki, Kavala 2017-ci ildə İstanbulda 2013-cü ildə İstanbulun Gezi Parkında hökumət əleyhinə etirazların maliyyələşdirilməsi və təşkili ittihamı ilə həbs edilib. 2020-ci ilin fevral ayında məhkəmə ona bu ittihamdan bəraət qazandırıb. Lakin həmin gün prokurorlar iş adamı üçün yeni həbs qərarı çıxarıb və onun Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanı devirmək üçün dövlət çevrilişi cəhdində, eləcə də 2016-cı ilin iyul ayında casusluq fəaliyyətində iştirakda iddia ediblər.

2022-ci ilin aprel ayında İstanbul məhkəməsi Kavalanı sübutların olmaması səbəbindən casusluq ittihamlarından bəraət qazandırıb, lakin onu hökuməti devirməyə cəhddə günahkar hesab edərək şərti azadlığa buraxılmadan ömürlük həbs cəzasına məhkum edib. İş üzrə digər yeddi təqsirləndirilən şəxs çevriliş cəhdinə kömək etdiklərinə görə 18 il həbs cəzasına məhkum edilib. Nə Kavala, nə də digər təqsirləndirilən şəxslər günahlarını boynuna alıblar. O, cəzasını İstanbuldan təxminən 70 kilometr aralıda yerləşən Silivri həbsxanasında çəkir.

2002-ci ildə Osman Kavala Diyarbəkirdə Anadolu Kültür Mədəniyyət və İncəsənət Fondunu təsis edib və bu fond müxtəlif layihələri, o cümlədən əlverişsiz bölgələrdə layihələri dəstəkləyir. Fond Höte İnstitutu ilə əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər keçirib və Türkiyə ilə Avropanın bölgələri arasında mədəni mübadiləni təşviq edib. 2023-cü ilin oktyabrında Kavala Vatslav Havel İnsan Hüquqları Mükafatına, 2025-ci ildə isə Höte Medalına layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью