Aİİ ilə bu saziş İrana nələr qazandıracaq? Cəlali açıqladı

18.11.2024

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə azad ticarət sazişinin qüvvəyə minməsi İranın xeyrinə olacaq. Xüsusən də Tehran malların 80 faizdən çoxu üçün tariflərin ləğvi variantından istifadə edə biləcək”.

Globalinfo.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.

“Aİİ ilə azad ticarət sazişi keçən il Sankt-Peterburqda imzalanıb. Sənəd artıq dörd ölkənin parlamentində təsdiqlənib və tezliklə Qazaxıstanda yekun imzalanma mərasimi olacaq. Bundan sonra İrandan Rusiyaya ixrac edilən mallar rüsumlardan azad olacaqlar”, – Cəlali vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью