Aİİ nin hədəsinə Paşinyanın cavabı: Görərik

22.10.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mənim mövqeyim dəyişməyib. Yaşayarıq, görərik.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən ənənəvi brifinqdə Aİİ-yə üzv ölkələrin nümayəndələrinin son bəyanatını şərh edərkən deyib.

“Ermənistan hökuməti, ilk növbədə, ölkənin davamlı və sabit inkişafını təmin etməyi, həmçinin Ermənistanın müstəqilliyini və suverenliyini qorumağı hədəfləyir. Biz bu yolla irəliləyəcək və əlaqələrimizi şaxələndirməyə davam edəcəyik”, - o bildirib.

Paşinyan xüsusilə Ermənistanın AB-yə üzvlüyü ilə bağlı qanunu xatırladıb:

“Bu, hökumətin vətəndaş cəmiyyətinin qanunvericilik təşəbbüsünü dəstəklədiyi nadir hallardan biridir”.

Qeyd edək ki, Aİİ Ermənistanı İttifaqa üzvlüyü dayandıracağı təqdirdə qarşılaşacağı iqtisadi itkilərlə bağlı xəbərdar edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью