AIIB Azərbaycanla günəş enerjisi sahəsində ilk sazişini imzalayıb | Icma.az
Icma.az, Report.az saytına istinadən bildirir. COP29 çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Cənubi Qafqazda “yaşıl infras
Bu barədə “Report”a bankdan bildirilib. “Abu Dhabi Future Energy Company”PJSC (Masdar) ilə əməkdaşlıq çərçivəsində bu investisiya hesabına i
Azərbaycan hökuməti tərəfindən təyin edilmiş “SOCAR Green” şirkəti “Masdar”ın yerli tərəfdaşı olaraq layihəyə qoşularaq, ölkənin aşağıkarbon
Layihəni həmçinin Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyələşdirir.
Günəş elektrik stansiyaları təmiz, sərfəli enerji təchizatı təmin edərək, illik təxminən 757 min ton CO₂ekvivalent istixana qazı emissiyalarını azaldacaq və əhəmiyyətli yerli məşğulluq imkanları yaradacaq.
Layihə həmçinin Azərbaycanın Paris Sazişi çərçivəsindəki iqlim hədəflərinə və yenilənmiş Milli Təyin Edilmiş Töhfələrinə (NDC) nail olmasına kömək edəcək, məlumatda deyilir.
“Bu layihə ilə AIIB Azərbaycanın iddialı enerji keçidini dəstəkləməyə, günəş enerjisindən istifadə edərək dayanıqlı enerji infrastrukturu yaratmağa və ölkənin iqlim məqsədlərinə çatmasına kömək etməyə sadiqdir, - deyə AIIB-nin Qlobal Layihə və Korporativ Maliyyə Müştəriləri üzrə Baş Direktoru Nacib Heydər bildirib.
- Bu maliyyələşdirmə, AIIB-nin bərpa olunan enerji layihələrini genişləndirmək və Azərbaycan və region üçün dayanıqlı gələcək təmin etmək məqsədilə özəl kapitalın səfərbər edilməsinə sadiqliyini vurğulayır”.
Tam oxu
Xəbəri oxu