Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azad İstehlakçılar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tullantıların bələdiyyə - icma əsaslı idarə edilməsi modeli üzrə maarifləndirmə tədbirləri” layihəsinin icrasının əsas hissəsinə 8 icmada yaradılmış təşəbbüs qruplarında praktik təlimlərə başlayıb.
17 iyul 2025-ci il tarixdə Beyləqan rayonunun Dünyamalılar icmasında 2 nəfəri qadın və 10 nəfəri kişilərdən ibarət olan təşəbbüs qrupuna “Kompostlaşma və orqanik tullantıların idarə edilməsində COP yanaşmalarından irəli gələn müvafiq meyarlara (Davamlılıq, İcmanın inkişafı, Ekoloji təsir və sair) üstünlük verilməsi” mövzusunda təlim keçirilib.
Təlimçi Nizami Musayev mövzuya dair ətraflı məlumat verib, mövzuya dair pre-test iştirakçılara paylanılıb.
İştirakçılar pre-testlləri cavablandırdıqdan sonra müzakirə əsasında keçirilən təlimdə Azər İsayev və Pəri Paşayevanın məişət tullantılarının bələdiyyə ilə birgə idarə olunması formalarına dair verdikləri sualı təlimçi Nizami Musayev ətraflı izah etdi.
Digər iştirakçıların sualları da təlimçi tərəfindən ətraflı cavablandırıldı.
Təlim iştirakçıları layihənin həqiqətən də aktual bir problemin həlli üzrə maarifləndirmə üçün əhəmiyyətli olduğunu qeyd etməklə, layihə Donoru olan Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və Azad İstehlakçılar İctimai Birliyinə dərin minnətdarlıqlarını bildirdilər.
18 iyul 2025-ci il tarixdə Beyləqan rayonunun Kəbirli icmasında 13 nəfər kişidən ibarət olan təşəbbüs qrupuna “Tullantıların azaldılmasında “3R” prinsipi (Azaltma –Reduce, Təkrar istifadə-Reuse, Yenidən emal-Resycle) tətbiqinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir.