Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
IIF 2010-cu ildən etibarən hər il Bakıda keçirilən, Qafqaz regionu və MDB-nin sığorta və təkrarsığorta bazarlarının gələcək trendlərini müəyyənləşdirən əsas tədbirdir.
Plenar sessiyalar, panel müzakirələr, ikitərəfli görüşlər və ixtisaslaşmış workshop-lar forumun formatını təşkil edir.
Forum iştirakçıları arasında Qafqaz, Orta Asiya, Avropa, Türkiyə, Rusiya və MDB ölkələrinin milli sığorta, təkrarsığorta və broker şirkətlərinin top-menecerləri yer alır.
2026-cı il forumu rəqəmsal transformasiya, InsurTech, iqlim riskləri və kibertəhlükəsizlik mövzularına fokuslanacaq.
11 ildir keçirilən forumda ümumilikdə 20-dən çox ölkədən 350-dən çox qonaq, 0-dən artıq spiker iştirak edir. İki gün davam edəcək forumda onlarla sessiya, yüksək səviyyəli dialoqlar təşkil ediləcək.
Forum Azərbaycan Respublikasının Mərkəzi Bankının strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və "XPRIMM" şirkəti ilə tərəfdaşlıq çərçivəsində təşkil olunur.
Lalə Mehralı