Ailanın onurğasının qırılması xəbəri yalandır AÇIQLAMA

31.01.2025

Icma.az, Shownews portalına istinadən məlumatı açıqlayır.

"Aylanın onurğasının sınması ilə bağlı yayılan xəbərlər doğru deyil".

Bunu AZXEBER.COM-a açıqlamasında müğənninin prodüseri Aytən Əliyeva bildirib.

O, sənətçinin əməliyyatının uğurlu keçdiyini deyib:

"Yayılan xəbərlərdə onurğasının qırıldığını yazıblar. Bu doğru deyil. Zədələri var idi və qabırğası sınmışdı. Əməliyyatı uğurlu keçib, bütün narahatlıqlar aradan qaldırılıb. Hazırda vəziyyəti yaxşıdır. Tezliklə əvvəlki sağlamlığına qovuşacaq".

Xatırladaq ki, müğənni dostları ilə Şahdağdan qayıdan zaman avtomobil qəzasına düşüb. Onun onurğasının sındığı ilə bağlı xəbər yayılmışdı.Sumqayıt Dövlət Xəstəxanasına çatdırılan sənətçi daha sonra özəl xəstəxanaya yerləşdirilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью