Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Maliyyə sabitliyi nöqteyi-nəzərindən ən sərfəli ailə büdcəsi, qazandığımızdan az xərcləməyimizə imkan verən büdcədir.
Bu büdcə vacib alışlar üçün pula qənaət etməyə imkan verir. Məsələn, ailədə iki oğlan böyüyür, amma sizin iki otaqlı, 60-70 kv.m-lik bir mən
Deməli, 15-20 ildən sonra sizin ikinci mənzil almağa ehtiyacınız yaranacaq.
Hər ay 300-500 manat qənaət etməklə siz ildə 3600-6000 manat maliyyə ehtiyatı formalaşdıra bilərsiniz.
Yox əgər ay ərzində qənaət etdiyiniz məbləğ daha çoxdursa və gəlirləriniz rəsmidirsə, siz elə bəri başdan dövlətin təklif etdiyi satış məqsədi ilə verilən kirayə mənzillər layihəsindən yararlana bilərsiniz.
Həmin layihə üzrə aylıq ödəniş təxminən 600-700 manatdan başlayır.
Siz mənzili bəri başdan əldə edib, onu sub-kirayəyə verə bilərsiniz ki, bu da dövlətə kirayə haqqının ödənilməsini yüngülləşdirə bilər.