Ailə dəyərlərini hədəf almaq cılızlığın və acizliyin təzahürüdür

30.01.2026

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycan Ordusunun qazandığı böyük Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edilərək Azərbaycan müstəqillik tarixində ölkəmizin ərazi bütövlüyü tam şəkildə bərpa olunmuşdur. Bu hadisələr həmçinin Azərbaycan dövlətçiliyinin gücünü, Prezident - Xalq, Xalq-Ordu birliyini bütün dünyaya nümayiş etdirmişdir.
Ölkəmizin güclənərək suverenliyinin möhkəmlənməsi və beynəlxalq aləmdə artan nüfuzu ölkəmizi sevməyən, anti-Azərbaycan mövqedə dayanan dairələrdə açıq narahatlıq və ciddi qıcıq yaratmışdır. Bu səbəbdən bu qüvvələr müxtəlif dövlət qurumlarının rəhbərlərini hədəf seçirlər. Onlar məqsədli şəkildə havadarlarına arxalanaraq iyrənc üsullara əl atırlar. Bu kimi informasiya manipulyasiyaları, qarayaxmalar, təxribat xarakterli yanaşmalar və etik sərhədlərin bilərəkdən kobud şəkildə aşılması onların milli kimliyinə şübhələr yaradır. Son dövrlərdə sosial media məkanında Cənab Prezidentin ailə üzvləri, xüsusilə də övladı Heydər Əliyevin xanımı Alyona Əliyeva haqqında yayılan qarayaxmalar bu qərəzli və qeyri-etik yanaşmanın açıq təzahürüdür. Azərbaycan dəyərlərində ailə toxunulmazdır, qadına hörmət isə müzakirə predmeti deyil. Məşhur dastanlarımızdan olan "Kitabi-Dədə Qorqudda deyildiyi kimi" Ana haqqı, tanrı haqqıdır".
Bu prinsiplərin həmişəki kimi iftira və yalanla qaragüruh tərəfindən pozulması cəmiyyətimizin mənəvi dəyərlərinə açıq hörmətsizlikdir.
Hər zaman olduğu kimi Xalqımız bu kimi təxribat xarakterli cəhdlərə qarşı qəti mövqe ortaya qoyaraq, etik və hüquqi sərhədlərin aşılmasına imkan verməməlidir. Bu kimi davranışlar, qarayaxmalar həm də hüquqi dövlət prinsiplərinin və mənəvi dəyərlərin kobud şəkildə pozulmasıdır. Azərbaycan cəmiyyətində ailə müqəddəsdir, qadına hörmət isə milli dəyərdir. Bu dəyərlərə qarşı yönəlmiş hər hansı hücum, qarayaxma təkcə konkret şəxslərə deyil, bütövlükdə cəmiyyətimizin mənəvi əsaslarına qarşı yönəlmiş böyük hörmətsizlikdir.Azərbaycan Respublikasının vətəndaşı olaraq Azərbaycanın tarixi Qələbələri fonunda milli birliyi hədəfə alan, dövlətin nüfuzunu sarsıtmağa və cəmiyyətdə mənəvi aşınma yaratmağa çalışan bu cür cəhdləri qətiyyətlə rədd edirik.
Dövlətçilik və millilik düşüncəmiz tələb edir ki, cəmiyyət bu tip təxribatlara qarşı susqun qalmamalı hüquqi və etik çərçivələrdən kənara çıxan bu tiplərin davranışlarına qarşı prinsipial və sərt mövqe ortaya qoyaq. Azərbaycan mentalitetinin dəyişməz prinsiplərini qorumaq hər birinizin borcudur.
Zəkiyev Babacan
Qusar rayonu Sərvər Abdulkərimov adına Bala Qusar kənd tam orta ümumtəhsil məktəbinin direktoru. Yeni Azərbaycan Partiyasının Qusar rayonu üzrə Ərazi Partiya Təşkilatının sədri
Newscenter.az üçün
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью