Ailə dəyərlərinin qorunmasında birgə yanaşma: İlham Əliyev və Trampın ortaq baxışı | Icma.…
Icma.az, Azvision saytına istinadən bildirir. AzVision.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli jurnalistlər, media nümayəndələri!
Sizi 22 İyul – Milli Mətbuat Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, milli jurnalistikamızın inkişafında əvəzsiz rol oynayan bütün media əhlinə möhkəm cansağlığı, peşəkar fəaliyyətinizdə uğurlar və davamlı ilham arzulayıram!
Azərbaycan mətbuatı 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə milli oyanışın, maarifçiliyin və xalqla səmimi dialoqun təməlini qoymuşdur.
Bu gün isə mətbuatımız çağdaş dövrün tələblərinə cavab verən güclü informasiya institutuna çevrilərək həm milli kimliyin, həm də müasirliyin təbliğində və qorunmasında əvəzsiz rol oynayır.
Media nümayəndələri xalqımızın müqəddəs dəyərlərinin, milli-mənəvi irsinin, ailə institutunun və dövlətçilik prinsiplərinin qorunması naminə ön cəbhədə çalışan fikir əsgərləridir.
Xüsusilə də ailə dəyərlərinin möhkəmləndirilməsi, gənclərin sağlam ruhda formalaşması və ənənəvi identikliyimizin yaşadılması istiqamətində media üzərinə böyük məsuliyyət düşür.
Dövlətimizin bu sahəyə verdiyi yüksək önəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ailə institutunun gücləndirilməsi və dəyərlərimizin təbliği istiqamətində həyata keçirilən ardıcıl siyasətdə də aydın şəkildə öz əksini tapır.
Mətbuat həm də milli maraqlarımızın qorunmasında, informasiya təhlükəsizliyinin təminində və ictimai-siyasi proseslərin balanslı şəkildə işıqlandırılmasında mühüm vasitədir.
Tam oxu
Xəbəri oxu