Ailə faciəsi: 5 qardaş eyni evdə ÖLDÜ FOTO

12.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Türkiyənin İzmir şəhərinin Səlcuq rayonunda evdə baş verən yanğında 5 qardaş həyatını itirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yanğının elektrik sobasının aşması səbəbindən baş verdiyi ehtimal edilir.

Yanğın zamanı uşaqların evdə tək olduğu bildirilir.

Məlumata görə, tüstüdən təsirlənən 5 qardaşdan 3-ü hadisə yerində dünyasını dəyişib. Digər iki qardaşın isə xəstəxanada edilən müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Onlardan ən kiçiyinin bir, böyüyünün isə beş yaşı olub.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью