Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. "Ailə qarşılıqlı sevgi və ehtiram üzrə qurulur.
Əlbəttə ki, ailə təməlinin möhkəm olması, sevginin ilk günlərdəki kimi davam etməsi və ehtiramın itməməsi üçün müəyyən faktorlar vardır ki, ailə həyatı qurmamışdan əvvəl üzərində düşünülməli olan amillərdir".
Bu sözləri Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, deputat Jalə Əliyeva SİA-ya açıqlamasında deyib.
Deputat həmçinin bunları da qeyd edib:" Yaxınlarda Ailə Məcəlləsinə nikaha daxil olma yaşı ilə bağlı Milli Məclisdə yeni dəyişiklik edildi.
Nikaha daxil olmaq üçün yaş həddi 1 yaş artırıldı. Gənclərin daha da yetkinləşməsi və ailə münasibətlərinə mənəvi, fiziki, psixoloji baxımda
Eyni zamanda qohum nikahları qadağan edildi, çünki biz bunun mənfi təsirlərini cəmiyyətdə görürük.
Qohum ailələrində çox təəssüflər olsun ki, dünyaya gələn uşaqlar irsi qan və digər xəstəliklərinin daşıyıcısı olurlar.
Bu da təkcə ailələri yox, dünyanın genefondunu kökündən sarsıdan və hər birimizi narahat edən məsələlərdəndir.