Ailə qəzaya düşdü, 4 nəfər yaralandı

15.06.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Oğuzda minik avtomobili ağaca çırpılıb.

Modern.az xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuzun Kərimli kəndi ərazisindən keçən hissəsində yolnəqliyyat hadisəsi baş verib.

Oğuz şəhər sakini 35 yaşlı Fərhad Rzalının idarə etdiyi “HUNDAİ” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər, 65 yaşlı Şamama Rzayeva, 33 yaşlı Bahar Rzalı və 6 yaşlı Tuncay Rzalı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma başlanılıb, qəzanın təfərrüatları araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью