News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Neftçala rayonunda minik avtomobili ilə motosiklet toqquşub.News24.az xəbər verir ki, hadisə Neftçala şəhər M.Ə.Sabir küçəsində baş verib.2005-ci il təvəllüdlü Əliəkbər Hüseynovun idarə etdiyi “Changan” markalı avtomobillə 1960-cı il təvəllüdlü Ağasəf Mirzəyevin sürdüyü motosiklet toqquşub, nəticədə A.
Mirzəyev həlak olub.Motosikletdə olan sərnişinlər – Ağasəf Mirzəyevin qızı 1986-cı il təvəllüdlü Günel İbrahimova, onun övladları – 2010-cu il təvəllüdlü Natiq, 2010-cu il təvəllüdlü Yəhya və 2008-ci il təvəllüdlü Ləman isə müxtəlif dərəcəli xəsarətlər alıblar.Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.