Ailə sevinci bitdi, mundial davam edir Doku yığmaya qayıdır

23.06.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belçika millisinin futbolçusu Ceremi Doku yenidən komandanın düşərgəsinə qoşulacaq.

Apasport.az xəbər verir ki, cinah oyunçusunun övladının dünyaya gəlməsi ilə əlaqədar aldığı qısa müddətli icazə başa çatıb.

Belçika Futbol Federasiyası açıqlamasında Dokunun həyat yoldaşının Praise adlı oğlan övladı dünyaya gətirdiyini bildirib.

Federasiyanın məlumatına görə, Doku matçdan əvvəl doğumun yaxınlaşdığı barədə xəbər alıb. Sağlamlıq heyəti ilə aparılan müzakirələrdən sonra ona müvəqqəti olaraq Londona, həyat yoldaşının yanına getmək icazəsi verilib.

Qeyd edək ki, Belçika DÇ-2026-nın G qrupunda iki turdan sonra 2 xal toplayıb. Komanda son turda Yeni Zelandiya ilə qarşılaşacaq. Ceremi Doku ilk oyunda Misirlə matçda (1:1) iştirak etmiş, İranla görüşü (0:0) isə buraxmışdı.

Fransa - İraq matçında fırtına xəbərdarlığı - Tribunalar boşaldıldı Alvarez ayrılmaq istəyir - “Arzumu gerçəkləşdirmək istəyirəm” Klozedən Messiyə təbrik - “Tarixin ən yaxşısıdır” “Real”dan Niko Paz qərarı: "Komo" 60 milyon verməlidir 41 yaşında yeni müqavilə - Tiaqo Silva vətəninə qayıtdı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью