Ailə tipli məktəbəqədər təhsil layihəsi: MİQ, sertifikasiyaya zidd və ya... | Icma.az
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. "Ailə tipli məktəbəqədər təhsil" layihəsi tamamilə uğursuz bir layihədir.
Azərbaycanda hələ yolavermə diaqnostik qiymətləndirmə keçirilib. Sertifikasiya olunmayıb.
Normal bir proqram çıxarılmayıb, heç bir dərslik yoxdur, müəllimlərin çoxu ibtidai sinif müəllimləri və ya müəllimliklə yaxından-uzaqdan əlaqəsi olmayanlardır.
Əksər yerlərdə binalar yararsız haldadır, tərbiyəçilər və dayələr uşaqlarla çox kobud rəftar edir, müdirlər 99 % məktəbəqədər ilə əlaqəsiz, bağçaya ayrılan maliyyə, bağça üçün göndərilənlər hamısı müəllim, müdir və müdir köməkçilərinin ya evində olur, ya da xüsusi dükanla anlaşıb satıb pulunu götürürlər.
Tərbiyəçilərin kurikulumdan xəbəri yox, müdirlərin metodik anlayışı yox.
Bütün bunlar azmış kimi təhsilə bu qədər maliyyə ayrıldığı vaxtda, bu qədər ciddi bir məsələdə belə bir layihə bəlkə də ən biabrçı, hətta utanılacaq bir qərardır.
Uşaqların ilkin tərbiyəsi, ilk sosiallaşması, cəmiyyətə ilk addımları, şəxsiyyətin ilk cücərtiləri kiminsə vicdanına, insafına buraxıla bilməz.
Bu layihə MİQ imtahanına ziddir, bu qədər MİQ imtahanına hazırlaşan müəllimlərin başına açılan oyunlara qarşılıq bu ədalətsizlikdir.
Tam oxu
Xəbəri oxu