Ailə üzvüləri ilə mübahisə edib yaşadığı evi yandırdı

16.09.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Şəmkir sakini yaşadığı evi yandırıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Xuluf kəndində qeydə alınıb.

İlkin məlumata görə, 1998-ci il təvəllüdlü Rauf Vəliyev ailə üzvüləri ilə mübahisə edib. Daha sonra isə yaşadığı evi yandırıb. Adıçəkilən şəxs hadisə yerindən qaçıb.

Əraziyə Şəmkir rayon Yanğından Mühafizə İdarəsinin yanğın söndürənləri və canlı qüvvəsi cəlb olunub. Edilən müdaxilə nəticəsində alov söndürülüb.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью