“Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyi sosial layihənin …
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” İctimai Birliyi “Aztəminatlı ailələrin məşğulluğunun və hüquqi, psixoloji, sosial-iqtisadi məsələlərin həllinə maarifləndirilməsi” adlı sosial layihənin icrasına başlayır.
"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihənin əsas məqsədi layihə çərçivəsində iştirakçı olanların hüquqi, psixoloji və sosial-iqtisadi bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin onların məşğulluq imkanlarını artırmaqdır.
Layihənin əsas fəaliyyətləri: Hüquqi, psixoloji və sosial-iqtisadi mövzularda maarifləndirici sessiyaların təşkili; hüquqi və psixoloji fərdi məsləhətlərin göstərilməsi; İşəgötürmə sahəsində məsləhətlər və bacarıqların inkişafına yönəlmiş təlimlər Ailələrin dövlət və sosial xidmətlərə çıxış imkanlarının mövcudluğu.
Layihə 01iyun 2025-ci il tarixindən 31 avqust 2025-ci il tarixindən etibarən davam edəcək və Bakı şəhərinin sosial zəiflik zonasında inkişafa səbəb olacaq.
Seçim əsas psixoloji qruplarda yaşayan ailələrin hüquqi maariflənməyə, dayanıqlığa və sosial qrupa ciddi ehtiyacın olmasıdır.
Hədəf qruplar: Aztəminatlı ailələr; Sosial təhlükəli şəraitdə yaşayan qadınlar; İşsizlikdən əziyyət çəkən gənclər; Çətin sosial şəraitdə yaşayan uşaqlar və yeniyetmələr.
Layihə gender bərabərliyi prinsiplərinə uyğun olaraq qadın və kişilərin iştirakını və faydalanmasını təmin edəcək.
Tam oxu
Xəbəri oxu