Ailədaxili mübahisə faciə ilə bitdi: ABŞ da səkkiz nəfər ölüb

26.08.2026

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Baş verən atışma və yanğında dördü uşaq olmaqla səkkiz nəfər həlak olub

Avqustun 23-də ABŞ-ın Montana ştatının Billinqs şəhərindəki bir evdə baş verən ailədaxili mübahisədən sonra baş verən atışma və yanğında dördü uşaq olmaqla səkkiz nəfər həlak olub. AYNA.AZ xəbər verir ki, “ABC News” bu barədə yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Polisə yerli vaxtla saat 18:00 radələrində evdə atışma baş verdiyi barədə məlumat daxil olub. Gələn polislər silah səsləri eşidiblər və görüblər ki, ev artıq tamamilə alov içindədir.

Qurbanların adları və yaşları açıqlanmayıb. Polis tərəfindən həyətdə görülən şübhəli, özünə qəsd etdiyi güman edilən şəxs güllə yarası ilə xəstəxanaya yerləşdirilib. O, xəstəxanada ölüb.

"Biz inanırıq ki, hər şey ailədaxili mübahisədən başlayıb", - deyə Yellouston dairəsinin şerifi Kent O'Donnell bildirib.

Məlumata görə, hadisə yerinə gələn yanğınsöndürənlər çətin şəraitdə işləməli olublar: ərazidə yanğın hidrantları olmayıb.

Billinqs Yanğınsöndürmə İdarəsinin rəisi Mett Hoppel qeyd edib ki, yanğınsöndürmə briqadaları polislə sıx əməkdaşlıq etməli, yanğınsöndürmə və ilk müdaxilə edənlərin təhlükəsizliyini təmin etməli olublar.

Yanğının səbəbi daha sonra müəyyən ediləcək. “ABC News” xəbər verir ki, araşdırma qraflıq və federal qurumlar, eləcə də Billinqs polisi tərəfindən aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью