Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son zamanlar ailə münaqişələrinin və zorakılığın artması cəmiyyətdə ciddi narahatlıq doğurur.Belə ki, qayınatanın gəlinə qumbara atması, qayınananın kürəkənini döyməsi, arvadın ərini döyməsi və hətta öldürməsi kimi hadisələr ailədaxili zorakılığın fərqli formalarını əks etdirir.
Bəs bu hallar niyə artıb və bu problemi necə həll edə bilərik?
Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülnar Orucova bildirdi ki, gündəlik həyatın stresləri, iqtisadi çətinliklər, işsizlik, təhsil çatışmazlıqları və sosial izolasiya kimi amillər ailədaxili gərginliyi artırır: "Ailədaxili zorakılığın artmasında ənənəvi gender bərabərsizliyi də mühüm rol oynayır.
Kişilərin qadınlara qarşı zorakılığı bəzi insanlar tərəfindən normal qəbul edilir.
Bu da problemi daha da böyüdür və qadınların bu cür zorakılıqlarla daha çox qarşı-qarşıya qalmasına səbəb olur".
Psixoloq qeyd etdi ki, sosial mediadakı məzmunlar da ailədaxili zorakılığın artmasına təsir edir: "Sosial mediada "ağır" şiddət xəbərlərinin artması, bəzən zorakılığı normallaşdırmağa xidmət göstərir.Zorakılıq və təcavüzün təbliği və paylaşılması bu hadisələrin yayılmasına və insanlar tərəfindən normal qarşılanmasına səbəb olur.
Həmçinin sosial mediada yayılmış zorakılıq halları cəmiyyətdə daha çox diqqət çəkir".