Ailədə hamının qrip olmasına səbəb olan 5 səhv Həkimdən XƏBƏRDARLIQ KONKRET

26.11.2026

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Həkim-tədqiqatçı Xavis Tomas insanların gündəlik həyatda fərqinə varmadan yol verdiyi və virusların yayılma riskini artıran davranışları açıqlayıb.

KONKRET.az xəbər verir ki, mütəxəssis bu barədə “Daily Mirror” nəşrinə danışıb.

Həkimin sözlərinə görə, yoluxma riskini azaltmaq üçün ilk növbədə evin mütəmadi havalandırılması vacibdir. İnsanlar soyuqdan qorxduqları üçün pəncərələri açmaqdan çəkinirlər. Nəticədə, xüsusilə ailə üzvlərindən biri xəstə olduqda, qapalı məkanda virusların yayılma riski artır.

Mütəxəssis xəstə şəxslə uzun müddət yaxın təmasda olmaqdan çəkinməyi, burun silindikdən və ya asqırdıqdan sonra əlləri yumağı da tövsiyə edib.

Həkim səthlərin həddindən artıq dezinfeksiya edilməsini isə viruslardan qorunmaq üçün kifayət qədər effektiv üsul hesab etmir. Onun fikrincə, bu tədbir digər qorunma üsullarını əvəz edə bilməz, çünki viruslar hava-damcı yolu ilə də yayıla bilir.

X.Tomasın diqqət çəkdiyi digər məqam xəstəliyin əlamətləri azalan kimi ehtiyat tədbirlərini dayandırmaqdır. O bildirib ki, insan özünü yaxşı hiss etsə də, müəyyən müddət yoluxdurucu qala bilər.

Həkimin fikrincə, qripə qarşı peyvənd olunmamaq da yoluxma riskini artıran səhvlərdəndir. Peyvənd xüsusilə yaşlılar, hamilə qadınlar, bəzi xroniki xəstəlikləri və zəifləmiş immun sistemi olan şəxslər, eləcə də onlarla eyni evdə yaşayan insanlar üçün vacibdir.

Beləliklə, ailədə virus infeksiyalarının yayılma riskini artıran 5 əsas səhv bunlardır:

Evin mütəmadi havalandırılmaması;

Xəstə şəxslə uzun müddət yaxın təmasda olmaq;

Asqırdıqdan və burun silindikdən sonra əlləri yumamaq;

Səthlərin dezinfeksiyasına həddindən artıq güvənərək hava yolu ilə yoluxma riskini nəzərə almamaq;

Özünü yaxşı hiss edən kimi qorunma tədbirlərini dayandırmaq və qripə qarşı peyvənddən imtina etmək.

Qeyd edək ki, qrip və digər respirator virus infeksiyalarından qorunmaq üçün havalandırma, əl gigiyenası, xəstə şəxslə təmasın məhdudlaşdırılması və peyvəndlənmə mühüm profilaktik tədbirlər hesab olunur.\\sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью