Ailədən təkcə 3 yaşlı Bahar sağ qaldı...

04.06.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, gecə saatlarında Sabirabadda baş verən yanğın zamanı bir ailənin 4 üzvü yanaraq ölüb. Hadisə zamanı 36 yaşlı Tural İmanov, 23 yaşlı həyat yoldaşı Safalı İmanova, 5 yaşlı oğlu Osmanbəy İmansoy və 1 yaşlı qızı Esma İmansoy həyatlarını itiriblər.

"Unikal"ın əldə etdiyi məlumata görə, ailə üzvləri arasından yalnız 2022-ci il təvəllüdlü Bahar İmansoy sağ qalıb.

Ailə üzvlərini yanğında itirən 3 yaşlı uşaq hadisə zamanı evdə olmayıb. Bahar həmin vaxt babasıgildə imiş.

Murad İbrahimli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью