Ailələrə sosial yardımların verilməsində yeni imkanlar Vüqar Bayramov AÇIQLADI

24.11.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ev təsərrüfatlarının elektron uçot sisteminin yaradılması bütövlükdə ev təsərrüfatlarının tələblərinin öyrənilməsi, eyni zamanda ona uyğun olaraq da həm iqtisadi, həm də sosial siyasətin həyata keçirilməsi məqsədi daşıyır".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi.

Millət vəkili vurğuladı ki, əslində ev təsərrüfatlarının uçotu aparılırdı:

"Çünki subsidiya mexanizmində, o cümlədən ünvanlı sosial yardım proqramı daxil olmaqla, digər istiqamətlərdə buna ehtiyac var idi. Bu uçot olmadan ünvanlı sosial yardımda yardımların məbləğinin müəyyənləşdirilməsi və ayrılması mümkün deyildi. Eləcə də subsidiyalarda məhz istehsal, o cümlədən daşınmaz əmlakla bağlı məlumatlar da önəmli idi. Artıq söhbət elektron, yəni "MyGov" platforması üzərindən məlumatların elektronlaşmasından gedir. Çünki burada məlumatların elektronlaşması həm də hansı ailələrin sosial dəstəyə daha çox ehtiyacının olmasının müəyyənləşdirilməsinə imkan yaradacaq, sosial dəstəyin daha ünvanlı şəkildə həyata keçirilməsinə gətirib çıxaracaq.

Onun sözlərinə görə, aqrar sektorda uçot sisteminin təkmilləşməsi və buna uyğun olaraq da güzəştlərin dairəsinin genişləndirilməsinə geniş bir imkan yaradacaq:

"Ona görə burada bir tərəfdən proses elektrondur, elektron olduğuna görə burada hər hansı bir ev təsərrüfatlarının fəaliyyətinə müdaxilədən söhbət getmir. Digər tərəfdən isə burada məqsəd ev təsərrüfatlarının və xüsusən də dəstəyə ehtiyacı olan ev təsərrüfatlarının müəyyənləşdirilməsi, regional siyasətin buna uyğun olaraq həyata keçirilməsidir. Burada artıq məlumatların elektronlaşması və elektron məlumat üzərindən də proqramların, xüsusən də aktiv sosial proqramların həyata keçirilməsi mümkün olacaq".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью