Ailələrinə yardım göstəriləcək Prezidentdən tapşırıq

25.12.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Dövlət Komissiyası Aktauda baş vermiş qəzanın səbəblərini qısa müddətdə araşdırıb Azərbaycan Prezidentinə məlumat verməlidir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin bu gün imzaladığı müvafiq Sərəncamda bildirilib.

Sərəncama əsasən, Dövlət Komissiyası qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsi təmin etməli, qəza nəticəsində həlak olmuş və xəsarət almış xarici ölkə vətəndaşları ilə bağlı məsələləri həll etməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью