“Ailəm könüllüləri” proqramı çərçivəsində könüllülük fəaliyyətini başa vurmuş gənclərlə görüş keçirilib

03.02.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 fevral, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Ailəm könüllüləri” proqramı çərçivəsində könüllülük fəaliyyətini başa vurmuş gənclərlə görüş olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva gənclərin dövlət siyasətinin həyata keçirilməsində və insan kapitalının formalaşmasında əsas dayaq qüvvələrindən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, gənclərin inkişafı, bilik və bacarıqlarının artırılması istiqamətində dövlət tərəfindən ardıcıl və sistemli proqramlar icra olunur. Aynur Sofiyeva eyni zamanda könüllülük fəaliyyətinin gənclərdə sosial məsuliyyət hissinin artırılması, qərarvermə mədəniyyətinin formalaşması və praktik təcrübənin qazanılması baxımından mühüm rol oynadığını vurğulayıb.

Görüşdə təəssüratlarını bölüşən könüllülər, nəzəri biliklərin təkmilləşdirilməsində, eləcə də təcrübi bacarıqların əldə olunmasında Dövlət Komitəsindəki könüllülük fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, yaradılan şəraitə və dəstəyə görə təşəkkürlərini bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью