“Ailəmizi bir yerdə saxlamaq üçün daha bir şansım var” Paşinyan

23.04.2026

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Hakobyan ilə yenidən görüşün baş tutması ilə bağlı açıqlama verib.

Turkustan.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə aprelin 23-də jurnalistlərlə söhbəti zamanı Paşinyan bildirib.

Onun sözlərinə görə, qeyd olunan görüşün reallaşması üçün əlindən gələni edib və bunun baş verməsindən məmnundur. O bildirib ki, bu hadisə ailəsini bir arada saxlamaq üçün yeni imkan yaradıb.

Baş nazir vurğulayıb ki, Hakobyan ayrılmaq ilə bağlı açıqlama verəndə o, bu qərara hörmət etdiyini bildirsə də, bununla razılaşmadığını da açıq şəkildə ifadə edib.
“Həyat teatrdan daha mürəkkəbdir”, – deyə Paşinyan əlavə edib.

Qeyd edək ki, bu ilin fevral ayının sonlarında Anna Hakobyan açıqlama verərək boşandıqlarını bildirib. Bir-neçə gün əvvəl isə Nikol Paşinyan və Anna Hakobyan birlikdə Gümrü şəhərinə gediblər. /yeniavaz.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью