Ailənin tək uşağı idi, arzuları ürəyində qaldı Gənc futbolçu dənizdə CAN VERDİ

18.07.2025

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Zirə" futbol klubunun 16 yaşadək futbolçulardan ibarət komandasının üzvü Fərid Şahverdiyev faciəvi şəkildə dünyasını dəyişib. 

RTV-nin məlumatına görə, gənc futbolçu ötən gün dənizdə batıb. 2009-cu il təvəllüdlü Fəridin nəşi bu gün - iyulun 18-də torpağa tapşırılıb.

Hadisə Şüvəlan çimərliyində baş verib. Dostları ilə çimərkən batmaq təhlükəsi ilə üzləşən gənclərdən üçünü xilas etmək mümkün olsa da, xilasedicilər Fəridi dalğaların əlindən qurtara bilməyiblər.

Ətraflı RTV-nin sujetində:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью