Ailəsi ilə Bodrumda belə dincəlir Fotolar

11.07.2026

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Aparıcı Azər Süleymanov ailəsi ilə tətilə yollanıb.

Axşam.az xəbər verir ki, Türkiyənin Bodrum şəhərində dincələn aparıcı övladları ilə kamera qarşısına keçərək fotosessiya etdirib. O, oğlu və qızının yer aldığı fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Azər paylaşımına bunları yazıb:

"Su qəribədir... Nə insanı tam gizlədir, nə olduğu kimi təqdim edir. Sadəcə görünənlə görünməyən arasında incə bir sərhəd çəkir. Fikirləşirəm ki, bəlkə insan da elə ömrü boyu bu "iki sahil arasında" yaşayır. Bir tərəfdə hamının gördüyü, o biri tərəfdə isə yalnız özünün tanıdığı adam dayanır...

İllər sonra bu şəklin harada çəkildiyini, Bodrumun hansı yerlərində gəzdiyimi, bu hovuzun hansı oteldə yerləşdiyini, bu günlərdə nələrin baş verdiyini unutmağım mümkündür. Amma həmin günlərdə içimdə yaranan hissləri unutmaq istəmərəm. Çünki insan getdiyi yerləri yox, həmin yerlərdə çevrildiyi adamı – o duyğuları "arayır". Bu albom da qoy təkcə həmin səfərin deyil, o gözəl xatirələrin, hisslərin qoruyucusuna çevrilsin".

Qeyd edək ki, aparıcının iki övladı var. 

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью